Klubu Renat Dadaşovu belə təbrik etdi

Klubu Renat Dadaşovu belə təbrik etdi

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun klubu - "Qrasshopper" onu yığmada ilk qolunu vurması münasibəti ilə təbrik edib.

Fanat.Az xəbər verir ki, İsveçrə təmsilçisinin sosial şəbəkə hesabında belə yazılıb: “Renat Millətlər Liqasında dünən qazandıqları qələbə zamanı Azərbaycan millisinin heyətində ilk qolunu vurub. Təbriklər, Renat”. 

Klubu Renat Dadaşovu belə təbrik etdi

Qeyd edək ki, Dadaşov Millətlər Liqasının 5-ci turu çərçivəsində baş tutan Slovakiya ilə matçda (2:1) millimizin birinci qoluna imza atıb. O, 44-cü dəqiqədə rəqib qapısına yol tapıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər