Klublarımız üçün Avropada tamam və ya davam günü!

Klublarımız üçün Avropada tamam və ya davam günü!

Bu gün Azərbaycanı avrokuboklarda təmsil edən klublar növbəti sınaqlarına çıxacaqlar.

Fanat.Az xəbər verri ki, Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK ilə qarşılaşacaq.

Bakıda baş tutan ilk qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsiylə bitib. Bu üzdən ölkə çempionuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edəcək.

HİK - “Qarabağ” cütünün qalibi pley-offda “Olimpiya” (Lyublyana, Sloveniya) ilə qarşılaşacaq. Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Konfrans Liqasının pley-offunda “Farul”la (Rumıniya) görüşlər gözləyir.

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” və “Sabah” isə bu turnirin 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Türkiyə “Beşiktaş”ının və Serbiya nəhəngi “Partizan”ın qonağı olacaqlar. “Neftçi” güclü rəqibinə Bakıdakı oyunda 1:3 hesabıyla məğlub olub. “Sabah” isə “Partizan”ı Masazırda keçirilmiş ilk oyunda 2:0 hesabıyla məğlub edib. Bu üzdən “Neftçi” ilə müqayisədə “Sabah”ın mərhələ adlamaq şansları daha yüksək qiymətləndirilir.

“Neftçi” “Beşiktaş”ı keçə bilsə, pley-offda “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək. “Sabah” isə “Partizan”ı mübarizədən kənarlaşdıra bilsə, pley-offda “Styaua” (Rumıniya) - “Nordsyelland” (Danimarka) duelinin güclüsü ilə qarşılaşacaq.

Avropa Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu 17 avqust

20:00. HJK - “Qarabağ” Baş hakim: Villi Delayod (Fransa). Helsinki. “Bolt Arena”. İlk oyun - 1:2.

Avropa Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunları 17 avqust

22:00. “Beşiktaş” - “Neftçi” Baş hakim: Yulian Vaynberger (Avstriya). İstanbul. “Beşiktaş Arena”. İlk oyun – 3:1.

23:00: “Partizan” - “Sabah” Baş hakim: Bartoş Frankovski (Polşa). Belqrad. “Partizan Arena”. İlk oyun – 0:2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər