UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab görüşləri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mərhələ adlayan daha 6 komanda bəlli olub.
Təəssüf ki, Azərbaycan təmsilçisi “Sumqayıt” Macarıstanda “Fehervar”la görüşdə qələbə qazana bilməyib. Ötən həftə ev oyununda 1:2 uduzan Samir Abasovun baş məşqçisi olduğu komanda səfərdə 0:0 edərək mübarizəni dayandırıb.
Qeyd edək ki, II təsnifat mərhələsi avqustun 1-də başa çatacaq.
UEFA Konfrans Liqası II təsnifat mərhələsi, cavab oyunları 31 iyul
“Auda” (Latviya) - “Kliftonvill” (Şimali İrlandiya) 2:0 İlk oyun – 2:1
“Fehervar” (Macarıstan) – “Sumqayıt” (Azərbaycan) 0:0 İlk oyun – 2:1
“Haken” (İsveç) - “Düdelanj” (Lüksemburq) 6:1 İlk oyun – 6:2
“Austriya” (Avstriya) - “İlves” (Finlandiya) 4:3, penalti seriyası - 5:4 İlk oyun – 1:2
“Spartak Trnava" (Slovakiya) - “Sarayevo” (Bosniya və Herseqovina) 3:0 İlk oyun – 0:0
“Mornar” (Monteneqro) – “Radniçki” (Serbiya) 2:1, penalti seriyası- 4:3. İlk oyun - 0:1