"Kayrat" Vaqner Lavla vidalaşır - RƏSMİ

"Kayrat" Vaqner Lavla vidalaşır - RƏSMİ

"Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqiblərindən olan "Kayrat" braziliyalı futbolçusu Vaqner Lavla yollarını ayıracaq.

Fanat.Az xəbər verir ki, Almatı təmsilçisi bu barədə "İnstagram" səhifəsində məlumat paylaşıb.

Futbolçu videomüraciətində İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununun onun üçün son matç olacağını bildirib. Görüşün final fitindən sonra təcrübəli oyunçu ilə vida mərasimi təşkil ediləcək.

Qeyd edək ki, noyabrın 25-də keçiriləcək "Kayrat" - "Bazel" qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qrupun digər matçında "Qarabağ" Kiprin "Omoniya" klubunu qəbul edəcək.

 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər