Kadinin qolu həftənin "ən yaxşısı"na namizəd oldu - VİDEO

Kadinin qolu həftənin "ən yaxşısı"na namizəd oldu - VİDEO

UEFA Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

Fanat.Az xəbər verir ki, siyahıda  "Qarabağ"ın futbolçusunun da adı var. 

Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisinin oyunçusu Kadri Borges də namizədlər sırasında yer alıb.

Matçda dubla imza atan 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb. Onun bu nominasiyada rəqibləri Aleksandr Qlişiç (“Alaşkert”, Ermənistan), Maksimilian Vittek (“Vitess”, Niderland) və Ziqa Kousdur (“Mura”, Sloveniya).

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər