“Çox yaxşı oyun oldu. Hə, bu gün qollar vurdum, amma bu haqda çox danışmaq istəmirəm".
Fanat.Az TASS agentliyinə isinadən xəbər verir ki, bunu "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Kadi Borges deyib.
Rusiya Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutan Moskva "Dinamo"su ilə oyunda (3:1) dubl edən cənubi amerikalı əlavə edib:
"Komandaya və çempionata uyğunlaşma baxımından problem yoxdur. Hər şey yaxşı gedir. Mən Moskvada oynayanda soyuq idi. Bu, hardasa mane olurdu, amma Krasnodarda havanın hərarəti mənim üçün daha uyğun idi".
Qeyd edək ki, Kadi bu ilin yanvarında "Qarabağ"ı "Krasnodar"a dəyişib.
Nihat