İtkin düşən döyüşçünün cəsədi meşədə tapıldı

İtkin düşən döyüşçünün cəsədi meşədə tapıldı

ABŞ-da 2 ilə yaxındır itkin düşmüş MMA döyüşçüsü Devid Keniqin cəsədi Missuri ştatındakı meşədən tapılıb.

Fanat.Az "USA Today" nəşrinə istinadən xəbər verir ki, idmançının meyitinin qalıqlarını maral buynuzu axtarmaq üçün həmin əraziyə gedən vətəndaşlardan biri aşkarlayıb.

Hadisə yerinə baxış keçirən polislər oradakı şəxsi əşyalara əsasən, cəsədin 25 yaşlı döyüşçüyə aid olduğunu müəyyənləşdiriblər. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, meyitin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

Qeyd edək ki, Devid Keniq 2020-ci ilin martında itkin düşmüşdü.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər