İsrafilovun komandası sonuncu oldu

İsrafilovun komandası sonuncu oldu
İspaniya Sequndasında 2020/2021 mövsümü başa çatıb. 
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də bu mövsümün sonuncu matçına çıxıb.
 
Sözügedən kollektiv 42-ci tur çərçivəsində doğma meydanda "Fuenlabrada” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
İsrafilov sonadək ehtiyatda qalıb.
 
"Albasete” 42 oyuna topladığı 38 xalla mövsümün 22 iştirakçı arasında sonuncu pillədə başa vurub. Eddi İsrafilov isə geridə qalan mövsümdə 34 oyunda meydana çıxıb, 2 qol vurub, 9 sarı vərəqə ilə cəzalanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər