İsrafilov qol vurdu, komandası səfərdə qazandı

İsrafilov qol vurdu, komandası səfərdə qazandı
İspaniya Sequndasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv "Alkorkon”un qonağı olub və 2:1 hesablı qələbəyə sevinib.
 
İsrafilov start "11-lik"də meydana çıxıb. Matçın 30-cu dəqiqəsində komandasının ilk qolunu vuran İsrafilov sonadək oynayıb.
 
22 oyuna 21 xal yığan "Albasete” turnir cədvəlində 22 iştirakçı arasında 19-cu pillədə mövqe tutub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər