İsgəndərlinin komandası səfərdən xalsız döndü

İsgəndərlinin komandası səfərdən xalsız döndü

Futbol üzrə Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ankaragücü” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 36-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

19 tura 19 xal toplayan “Keçiörengücü” turnir cədvəlində 19 iştirakçı arasında 16-cı pillədədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər