İkiqat dünya çempionu yeni komandada

İkiqat dünya çempionu yeni komandada

Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso “Aston Martin” komandası ilə uzunmüddətli müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı pilot yeni komandasına növbəti mövsüm qoşulacaq.

Hazırda “Alpine” komandasında çıxış edən F.Alonso pilotların sıralamasında 41 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Alonso 2016-cı ildə ilk dəfə Bakı şəhər halqasında təşkil olunan Avropa Qran-Prisinin səfiri olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər