Azərbaycan I Liqasında 25-ci tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun bağlanış matçı Şamaxıda baş tutacaq.
"Cəbrayıl" Premyer Liqaya can atan "Baku Sportinq"i qəbul edəcək. Paytaxt təmsilçisi pley-offda oynamaq şansını davam etdirmək üçün səfərdən 3 xalla dönməyə çalışacaq. Əks halda, Premyer Liqa arzusu "suya düşəcək".
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şahdağ Qusar" "Mingəçevir"i (2:0), "Səbail" "Zaqatala"nı (3:0) üstələyib, “Şimal” – MOİK (1:1) və “Difai” – “Şəfa” (0:0) görüşlərində isə qalib müəyyənləşməyib.
Azərbaycan I Liqası 25-ci tur 7 may
16:00. “Cəbrayıl” – “Baku Sportinq” Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Rüfət Əmirov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
