Həftənin oyunçusu adına namizədlər

Həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqası və  Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Avropa Liqasında bu ada Şotlandiya “Reyncers”indən Ceyms Tavernye, Fransa “Lion”unun qapıçısı Antoni Lopeş, İtaliya “Atalanta”sından Luis Muriel və İspaniya “Sevilya”sından Markos Akunya namizəddir.

Konfrans Liqasında isə Fransa “Olimpik Marsel”inin hücumçusu Arkadiuş Milik, Danimarka “Kopenhagen”indən Pep Bil, İtaliya “Roma”sının qapıçısı Rui Patrisiu və Niderland “Feyenoord”undan Luis Sinisterra həftənin ən yaxşısı adına iddia edir. 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər