Formula 1-in keçmiş rəhbəri dələduzluqda ittiham olunur

Formula 1-in keçmiş rəhbəri dələduzluqda ittiham olunur

Bu gün Londonda Formula 1-in keçmiş rəhbəri Berni Eklstounun məhkəməsi başlayır.

Fanat.Az Britaniyanın PA xəbər agentliyinə istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur.

91 yaşlı britaniyalının vergi orqanlarından təxminən 400 milyon funt-sterlinq gizlətdiyi deyilir.

Ahıl yaşda olmasına baxmayaraq, Eklstoun Vestminster Magistrates Məhkəməsində şəxsən iştirak etməlidir. İttihamnamədə milyarderin vergi orqanlarına lazımi qaydada bəyan etmədiyi əmlakını xaricdə gizlətdiyi bildirilir. Məhkəmə onun qızlarını - Debora (67 yaş), Tamara (38 yaş) və Petranı (33 yaş) da sorğu-suala çəkəcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər