"Fərqli meydançada hər şey fərqli olacaq" - Stiven Qlass

"Fərqli meydançada hər şey fərqli olacaq" - Stiven Qlass

Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk matçından sonra ənənəvi mətbuat konfransına qatılıb. 

Fanat.Az xəbər verir ki, Qlass, 0:1 hesabıyla məğlub olduqları matçı belə dəyərləndirib:   - Oyundan əvvəl "Qarabağ"dan çəkinmədiyinizi dediniz. İlk matçdan sonra nə düşünürsünüz? - Biz "Qarabağ"a hörmətlə yanaşırıq. Güclərini bilirik. Ancaq belə meydançada yaxşı oyun oynamaq çox çətindir. Növbəti matç fərqli meydançada olacaq və hər şey fərqli olacaq.   - Meydança amili sizə, yoxsa "Qarabağ"a daha çox mane oldu? - Hər iki komandaya. "Qarabağ" daha yaxşı meydançada gözəl futbol oynayacaq. Meydança futbolçuların zədələnməsinə səbəb olurdu.   - Matçdan öncə klubunuzun rəsmisi cavab matçını həvəskar meydançada oynayacağınızı dedi. Bu haqda nə düşünürsüz?  - Bizim meydança həvəskar komandanın stadionu kimidir. Yaxşı meydançada hər iki komanda baxımlı futbol sərgiləyə bilər.   - Şansları necə dəyərləndirirsiniz? - Təbii ki, rəqibin gücünü bilirik. Cavab matçı var. "Qarabağ" uzun səfərə çıxacaq və öyrəşmədiyi meydançada oynayacaq. Şansları bərabər hesab edirəm.   - İkinci hissədə sarı vərəqə aldız. Qərarla razılaşırsınız? - Təbii ki, yox. Mən hakimin qərarına etiraz edirdim. Vərəqənin düzgün olmadığını fikirləşirəm.   - Oyununuza "Qarabağ" mane oldu, yoxsa ot örtüyü? - Təbii ki, hər ikisi. "Qarabağ" belə havada oynamağa öyrəşib. Düşünürəm ki, ikinci hissədə yaxşı oynadıq. Hesabı bərabərləşdirmək istəyirdik.   - Artıq "Qarabağ"ı tanıdınız. Cavab matçında necə oynayacağınızla bağlı fikriniz varmı? - Bazar günü oyunumuz var. "Qarabağ"ı tək bu oyuna görə yox, əvvəlki oyunlarına görə təhlil etmişik. Bu oyun daha çox atletik oldu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər