"Estoniyada mütləq qələbə qazanmalıyıq" - Vladislav Qədirov

"Estoniyada mütləq qələbə qazanmalıyıq" - Vladislav Qədirov

Futbol üzrə Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlarına çıxacaq. Canni de Byazinin çalışdırdığı kollektiv bu gün səfərdə Estoniya yığması ilə üz-üzə gələcəksə, 3 gün sonra Bakıda Avstriyanı qəbul edəcək.

Tanınmış futbol mütəxəssisi, "Neftçi"nin və Azərbaycan millisinin sabiq üzvi Vladislav Qədirov ilə əlaqə saxlayıb seçmə komandamızın qarşıdakı oyunları ilə bağlı fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Hər iki milli eyni səviyyədədir. Mütləq qələbə qazanmalıyıq. Avstriyaya qarşı oyun isə çətin keçəcək. Səhv etmirəmsə, Avstriya millisinin 4 üzvü zədəlidir. Onlarla heç-heçə edə bilsək, qənaətbəxş sayılar. Məncə, bu iki oyundan 4 xal əldə edə bilərik".

Qeyd edək ki, Estoniya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və "CBC Sport" kanalında canlı yayınlanacaq.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər