Əsas millidə debüt etdi, U-21-ə qoşuldu

Əsas millidə debüt etdi, U-21-ə qoşuldu

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah Norveçlə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millinin heyətinə daha bir futbolçu dəvət edilib. 

Fanat.Az xəbər verir ki, "Zirə” klubunun üzvü Cəlal Hüseynov hazırlıq prosesinə cəlb olunub.

Qeyd edək ki, gənc müdafiəçi əsas millimizin son toplanışına dəvət almışdı. O, dünən Qətərlə yoldaşlıq görüşünün son dəqiqələrində meydana çıxmaqla, yığmamızda debütünü gerçəkləşdirib.

U-21 Norveçlə sabah saat 20:00-da “Bakcell Arena”da üz-üzə gələcək.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər