Əmr dəmiri kəsir... (Günün atmacası)

Əmr dəmiri kəsir... (Günün atmacası)

Əmr dəmiri kəsir. Elə Əmir də Azərbaycanın pulundan kəsir. Biri buna deyib ki, burda yaxşı pul var, neftin pulu. Biz SOCAR-dan "sovuraq”, sən də "əm”. Əmir də deyib ki, əmirəm, əmərəm.Onsuz da hərə bir tərəfdən əm...əşib (daraşıb) qara qızıla.

 

Söhbət "Sumqayıt”ın israilli futbolçusu Əmir Ağayevdən gedir. Əmirə "əm” əmrini kimin verdiyini bilmək istəyirsiz? "Sumqayıt”ın rəhbəri - Riad Rəfiyev. Rəfiyev Əmirə "bir az gözlə” əmri də verib. Nöhün ki, öz əmirindən "ok” alsın. Riad bəy də əmirinin boz binadan əmr verəcəyini gözləyir. Həm də Rəfiyevlə əmiri əmiş-qəmişdilər (yaxın) axı. Əm..ma çıxmasa, Əmir əm.. əlli-başlı pul əməcək. O vaxta qədər isə Əmir "Sumqayıt”dan verilən əm...ziklə qarnını doyuzdurmalıdı.

Neyləsin, o boyda İsraildən bura barmaq əmməyə gəlməyib ki...

Adına, soyadına baxmayın "əsl israilliyəm” deyib. Adam şübhələnir e soyadından, adından. Bəlkə dəyişdirib?

Sən həqiqətən Əmirsən?

P.S. Bu sualdan sonra imza qoyanda pis görünür, məcburən araya sətir salmalıydım...

Əli Sahib

Fanat.Az

 

 

 

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər