Əməkdar məşqçinin nəvəsi əsirlikdən xilas oldu

Əməkdar məşqçinin nəvəsi əsirlikdən xilas oldu

Su polosu üzrə Ukraynanın əməkdar məşqçisi Aleksandr Obedinski əsirlikdə olan nəvəsini geri qaytara bilib.

Fanat.Az xəbər verir ki, bu barədə "Tns.ua" məlumat yayıb.

12 yaşlı Kira Kiyevdə mağazalardan birində bir neçə nəfərlə birgə rus hərbçilərinə əsir düşərək Donetskə aparılıb. Bir aya yaxın müddət davam edən danışıqlardan sonra qız babasına geri qaytarılıb.

Hazırda Kira paytaxtın “Oxmatdet” uşaq xəstəxanasındadır. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Kiranın atası su polosu üzrə Ukrayna millisinin keçmiş kapitanı Yevgeni Obedinski martın 17-də rus hərbçiləri tərəfindən öldürülüb. Anası isə bir neçə il əvvəl vəfat edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər