"Qəbələ"nin baş məşqisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Fanat.Az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəylə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib: "Biz kənarda olsaq da, istini hiss edirdik. Mən oyunda kölgə axtarırdım. Ümid edirəm ki, qarşıdakı matçlarda bunu nəzərə alıb, görüşlərin vaxtını futbolçulara uyğun təyin edərlər. Futbolçular da insandır, onlara da çətindir. Oyuna gəlincə, iki fərqli hissə izlədik. Birinci yarıda rəqib üstünlüyə sahib idi. İkinci hissədə oyunun tempini qaldıra bilərək, qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik. Komandamın durumundan razıyam. İnanıram ki, zədəli və cəzalılar qoşulandan sonra optimal heyətə sahib olacağıq. Hər dəfə hansısa futbolçumuz növbəti oyunda bizə kömək edə bilmir. Bu, bizə təsir edir. Digər komandalara təsir edə bilməz, çünki ehtiyat qüvvələri çoxdur. Bizim üçün hər oyunçu dəyərlidir. "Qara zolaq"da olan komanda oyun ərzində 10 epizod yarada bilməz. Sadəcə, epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, daha da artığını edə biləcək gücdəyik".
Elmar Baxşıyev: "Oyunda kölgə axtarırdım"
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:52
23.10.2026
Vüqar Nadirov "Sabah"ı, yoxsa "Qarabağ"ı daha üstün görür?
Azərbaycan futbolu
17:33
23.10.2026
"Futbolçuları qınamaq lazım deyil" - Rakif Əliyev məğlubiyyəti şərh etdi
Azərbaycan futbolu
16:55
23.10.2026
MPL: "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi, "Zirə" "Sumqayıt"a qarşı - YENİLƏNİR
Azərbaycan futbolu
16:53
23.10.2026
Aslan Kərimov "Sabah" - "Qarabağ" oyunundan gözləntilərini açıqladı