Dmitri Nazarov 4 qol gördü

Dmitri Nazarov 4 qol gördü
Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge” də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi "Darmştadt”ı qəbul edib və 1:3 hesabıyla uduzub.
 
Nazarov start "11-lik"də meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Cari mövsüm 10 qol vuran Dmitri bu dəfə adını tabloya yazdırmağı bacarmayıb.
 
28 tura 38 xal yığan "Ersgebirge” turnir cədvəlində 18 iştirakçı arasında 7-ci pillədədi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər