Noyabrın 20-də, saat 17:00-da, Skopyedə keçiriləcək Şimali Makedoniya – Azərbaycan yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bilinib.
Fanat.Az AFFA-ya istinadən xəbər verir ki, jurnalistlər qarşısına ilk olaraq Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi çıxacaq:
Azərbaycan milli komandası
19 noyabr Saat 10:30. Mətbuat konfransı Saat 11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Şimali Makedoniya milli komandası
19 noyabr Saat 13:00. Mətbuat konfransı Saat 14:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, tədbirlərin saatı yerli vaxtla göstərilib.