“De Byazinin fatihəsini verməkdənsə, uğur arzulayaq” - Rövnəq Abdullayev

“De Byazinin fatihəsini verməkdənsə, uğur arzulayaq” - Rövnəq Abdullayev

Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsində İsveç yığmasını 3:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, matçdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqqında nə deyə bilərsiniz? - Milli axır ki, bizləri, azarkeşləri sevindirdi. Bu, artıq bir dönüşdür. Çempionatımız çox maraqlı keçir. Lider, axırda qalan yoxdur. Bugünkü oyun da bunun nəticəsidir. Hamını təbrik edirəm.

- Bu qələbədən sonra Canni De Byazinin baş məşqçi postunda qalması nə dərəcədə realdır? - Bu məsələ hələ müzakirə olunmur. Bu, AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda bir oyun var. De Byazinin fatihəsini verməkdənsə, ona uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin.

- Belçikadakı nəticə baş məşqçi üçün həlledici olacaq? - Bəli. Hər şey ola bilər. Bu gün komandaya uğurlar arzulayaq ki, uşaqlar bu əhval-ruhiyyə ilə Belçikaya qarşı yaxşı mübarizə aparsınlar.

- Martda yenidən AFFA-nın prezidenti vəzifəsində qalacaqsınız? - Ona baxarıq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər