De Byazi millinin iki oyun üçün heyətini açıqladı

De Byazi millinin iki oyun üçün heyətini açıqladı

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də səfərdə Avstriya, 27-də isə İsveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Canni De Byazi bu oyunlar üçün 27 futbolçuya dəvət göndərib.

Qeyd olunmuş oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyətinə bu oyunçular cəlb olunub:

1. Səlahət Ağayev - Qəbələ 2. Emil Balayev - Səbail 3. Yusif İmanov - Sabah 4. Tellur Mütəllimov - Sabah 5. Azər Əliyev - Neftçi 6. Toral Bayramov - Qarabağ 7. Elvin Cəfərquliyev - Qarabağ 8. Bəhlul Mustafazadə - Qarabağ 9. Ceyhun Nuriyev - Sabah 10. Cəlal Hüseynov - Şamaxı 11. Höccət Haqqverdi - Neftçi 12. Anton Krivotsyuk - Tecon Xana (Cənubi Koreya) 13. Azər Salahlı - Neftçi 14. Bəxtiyar Həsənalızadə - Sabah 15. Riçard Almeyda - Qarabağ 16. Filip Ozobiç - Qarabağ 17. Elvin Camalov - Sabah 18. Eddi İsrafilov - Neftçi 19. Emin Mahmudov - Neftçi 20. Aleksey İsayev - Sabah 21. Ozan Can Kökçü - Eyndhoven (Niderland) 22. Ramil Şeydayev - Qarabağ 23. Musa Qurbanlı - Qarabağ 24. Namik Ələskərov - Sabah 25. Renat Dadaşov - Qrasshopper (İsveçrə) 26. Rüstəm Əhmədzadə - Zirə 27. Mahir Emreli - Konyaspor (Türkiyə)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər