Darıxdırıcıdı dedi, milli komandadan istefa verdi

Darıxdırıcıdı dedi, milli komandadan istefa verdi
Kosta-Rika millisinin baş məşqçisi Qustavo Matosas istefa verib.
Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis yığmada işləməyin darıxdıcı olduğunu deyərək işindən ayrılıb. O, bu barədə özü açıqlama verib:
"Millidə işləməyin bu qədər cansıxıcı olduğunu bilmirdim. Çünki hər gün oyunçularla işləyə bilmirəm, məhsuldarlıq hiss etmirəm. Bəzən tətildə olduğumu düşünürəm. İki ayda bir dəfə futbolçularla görüşürəm. Gündəlik işim yoxdu, buna görə axşamlar film izləyir və oyunlara baxıram. Belə həyat xoşuma gəlmir".
Qeyd edək ki, Qustavo Matosas 2018-ci ilin oktyabrında Kosta-Rika yığmasının baş məşqçisi təyin olunmuşdu. Uruqvaylı mütəxəssis əvvəllər vətənində, həmçinin Peru, Meksika, Səudiyyə Ərəbistanı, Paraqvay və Argentinada müxtəlif klubları çalışdırıb.
Fana.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər