Dani Kintana 100-ü fəth etdi

Dani Kintana 100-ü fəth etdi
Topaz Premyer Liqasının XXI turunun "Keşlə” ilə ev oyunu (1:1) "Qarabağ”ın futbolçusu Dani Kintana üçün əlamətdar olub. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Ağdam klubunun heyətində 100-cü matçını keçirib.
Yubiley qarşılaşmasının iştirakçısı bu görüşlərdə 26 qol sevinci yaşayıb. Kintana Azərbaycan çempionatlarında 63 (21 qol), Azərbaycan kubokunda 9 (2 qol), avrokuboklarda 28 (3 qol) dəfə "Qarabağ”ın formasını geyinib. Dani Ağdam klubunun tarixində 100 və daha çox matç keçirən 43-cü futbolçu olub.
Qeyd edək ki, ispaniyalı futbolçu 2015-ci il iyulun 15-də Çempionlar Liqasının "Rudar” (Monteneqro) ilə ev oyununda (0:0) indiki klubunda debüt edib.
 

mövsüm

turnir

oyun

qol

2015/16

Avropa Liqasi

8

1

2015/16

Azərbaycan çempionatı

32

15

2015/16

Azərbaycan kuboku

5

1

2015/16

Çempionlar Liqasi

4

0

2016/17

Avropa Liqasi

8

2

2016/17

Azərbaycan çempionatı

15

3

2016/17

Azərbaycan kuboku

2

1

2016/17

Çempionlar Liqasi

4

0

2017/18

Azərbaycan çempionatı

16

3

2017/18

Azərbaycan kuboku

2

0

2017/18

Çempionlar Liqasi

4

0

 

Cəmi

100

26

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər