Dadaşov vurdu, komandası xal qazandı

Dadaşov vurdu, komandası xal qazandı

Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.   Sözügedən kollektiv doğma meydanda Köln “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.   Rüfət start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 83-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.   “Şalke II” bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər