Dadaşov üçün mövsüm vaxtından əvvəl bitdi

Dadaşov üçün mövsüm vaxtından əvvəl bitdi

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov üçün 2023/2024 mövsümü başa çatıb.

Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlin “Dinamo”sunun uğurları üçün çalışan Rüfət cari mövsümün qalan matçlarına kənardan baxacaq.

Məşqdə xəsarət alan 32 yaşlı forvardın mayda sıraya dönməsi gözlənilirdi. Ancaq bərpa prosesi ləng getdiyi üçün Dadaşov "Dinamo"nun sıralarına yayda dönəcək.

Qeyd edək ki, cari mövsüm Almaniya Regional Liqasında 14 qol vuran Rüfət komandasının ən yaxşı bombardiridir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər