Dadaşov qol vurdu, komandası darmadağın etdi - VİDEO

Dadaşov qol vurdu, komandası darmadağın etdi - VİDEO

Almaniyanın Qərb Regional Liqasında 15-ci tur oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke 04”ün ikinci komandası da növbəti matçına çıxıb.

Helzenkirhenlilər səfərdə "Bolkort"la qarşılaşıb və 8:2 hesabı ilə qalib gəlib.

Start heyətdə yer alan Rüfət 6-cı dəqiqədə komandasının 2-ci qolunu vurub. Son vaxtlar yımamızın baş məşqçisi Canni De Byazinin dəvət göndərmədiyi hücumçu 79-cu dəqiqədə, hesab 8:0 olarkən əvəzlənib:

Qeyd edək ki, bu, Rüfətin Qərb Region Liqasında bu mövsüm vurduğu 5-ci qoldur.

"Şalke"nin ikinci komandası hazırda turnir cədvəlində 24 xalla 5-cidir.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər