Qətərin paytaxtı Dohada cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.
Azərbaycan yığması mundialda 9 çəki dərəcəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.
Çempionatın fərdi yarışları 7-13 mayda, komanda yarışları isə 14 mayda keçiriləcək.
Qadınlar
-48 kq Leyla Əliyeva - Aksoltan Hajaqeldiyeva (Türkmənistan) / Raquel Brito (Portuqaliya) görüşünün qalibi Könül Əliyeva - Qaliya Tınbayeva (Qazaxıstan)
-52 kq Gültac Məmmədəliyeva - Sofia Fiora (Argentina) / Cenifer Eriyen (Haiti) görüşünün qalibi Aydan Əliyeva - Erza Muminovyo (Kosova)
Kişilər
-60 kq Balabəy Ağayev - Frac Duibi (Tunis) Turan Bayramov - Yohan Rohas (Kolumbiya)
-66 kq Orxan Səfərov - Ahmed Abdelrahman (Misir) / Daikli Bouba (Fransa) görüşünün qalibi
-73 kq Hidayət Heydərov - Adil Osmanov (Moldova) / Martin Hojak (Sloveniya) görüşünün qalibi
-81 kq Səid Mollayi - Aleks Barto (Slovakiya) / Fransua Qotyer Drapau (Kanada) görüşünün qalibi
-90 kq Məmmədəli Mehdiyev - Kevin Budayin (Kamerun) Murad Fətiyev - Aleks Kret (Rumıniya)
-100 kq Zelim Kotsoyev - Aleksandar Kukolya (Serbiya) / Akobir Abubakri (Tacikistan) görüşünün qalibi
+100 kq Uşanqi Kokauri - Kodi Andrevs (Yeni Zelandiya)