Bundesliqada ayın ən yaxşı oyunçusu bilindi

Bundesliqada ayın ən yaxşı oyunçusu bilindi

Almaniya Bundesliqasında ötən ayın ən yaxşı oyunçusu seçilib. 

Fanat.Az xəbər verir ki, "Ştutqart"ın hücumçusu Deniz Undav mart ayının ən yaxşısı elan olunub.

Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. 

Bundesliqada ayın ən yaxşı oyunçusu bilindi 29 yaşlı forvard səsvermədə digər 5 namizədi geridə qoyub. O, mükafat uğrunda mübarizədə Yann Diomande ("Leypsiq"), Pol Nebel ("Maynts"), Hennes Berens ("Haydenhaym"), İqor Matanoviç ("Frayburq") və Konstantinos Kulierakisi ("Volfsburq") qabaqlayıb. 

Deniz Undav martda keçirdiyi 4 oyunda 5 qol vura bilib.  Almaniya çempionatının 27 turundan sonra "Ştutqart" turnir cədvəlində 53 xalla üçüncü yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər