Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

Almaniyanın “Maynts” klubu yeni məşqçi təyinatını açıqlayıb. 

Fanat.Az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Urs Fişer komandanın başına keçib. 

59 yaşlı isveçrəli çalışdırıcı ilə 2028-ci ilin ortalarına qədər müddətə nəzərdə tutulan müqavilə imzalanıb. 

"Maynts" ötən həftə Bo Henriksenlə yollarını ayırmışdı. Komanda daha sonra evdə "Borussiya Mönhenqladbax"a 0:1 hesabı ilə məğlub olub. 

“Maynts” hazırda Almaniya Bundesliqasının turnir cədvəlində 18-ci yerdədir. Komanda keçirdiyi 13 oyundan 6 xal toplayıb. 

Urs Fişerin yeni komandasında ilk sınağı dekabrın 11-də Konfrans Liqasında “Lex”lə oyuna təsadüf edəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər