UEFA-nın ömürlük futboldan uzaqlaşdırma cəzası əsasında "Qarabağ”dan ayrılan Nurlan İbrahimovun klubdan getməsi çox müzakirələrə yol açdı. 15 ildir Ağdam klubu üçün çalışan İbrahimovun "Facebook"da ermənilərin Vətən müharibəsinin gedişində Bərdəyə terror hücumundan sonra etdiyi paylaşımı qitə futbol qurumu tərəfindən rasizm kimi qiymətləndirildi.
İbrahimov UEFA tərəfindən verilən "ömürlük futboldan uzaqlaşdırma” cəzasından apelyasiya şikayəti etmək istəsə də, qitə futbol qurumu ona mane olub. Daha sonra klubun keçmiş mətbuat katibi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
"Qafqazinfo” bu məqamda Nurlan İbrahimovla söhbətləşib. Saytımıza danışan sabiq klub rəsmisi əvvəlcə etdiyi paylaşımdan söz açıb, 15 illik "Qarabağ” karyerasını bitirən paylaşımın necə yazıldığını açıqlayıb: