Bankirlər kubokunun qalibi bəlli oldu

Bankirlər kubokunun qalibi bəlli oldu

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Cənub Regional Futbol Federasiyası İctimai Birliyinin birgə  təşkilatçılığı ilə Lənkəranda “Raypo” istirahət mərkəzinin qapalı stadionunda, bank və bank olmayan kredit təşkilatları arasında  keçirilən "Bankirlər Kuboku" adlı mini-futbol turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, turniri ilk pillədə - məğlubiyyətsiz davam etdirən “Yelo Bank” komandası son oyununda 2-ci pillədə qərarlaşan “ASEL Kredit” komandası ilə qarşılaşıb.

Görüş 3:3 hesabı ilə başa çatıb və “Yelo Bank” komandası aktivinə 1 xal da yazdıraraq turniri ilk pillədə çempion olaraq başa vurub.

Oyundan sonra təqdimat mərasimi keçirilib və “Yelo Bank” komandası Lənkəran-Astara Gİİ və Cənub RFF İB tərəfindən kubok və diplomlarla təltif edilib.

Bankirlər kubokunun qalibi bəlli olduBankirlər kubokunun qalibi bəlli oldu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər