DÇ: Azərbaycan millisi yarımfinal oyununa çıxır

DÇ: Azərbaycan millisi yarımfinal oyununa çıxır
Xorvatiyanın (Hrvatska, Croatia) evsahibliyi etdiyi 23 yaşlılar arasında minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanın U-23 millisi finala vəsiqə uğrunda matça çıxacaq.
İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya (România, Romania) millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 14:45-də start götürəcək.
Qeyd edək ki, bu cütün qalibi finalda Serbiya (Srbija, Serbia) - Macarıstan (Magyarország, Hungary) duelinin güclüsü ilə qarşılaşacaq. Sözügedən matç bu gün 13.30-da başlayacaq.
Minifutbol (U-23) üzrə dünya çempionatı
Yarımfinal
16 oktyabr
14:45. Azərbaycan - Rumıniya
Xorvatiya. Mali-Loşin.
Xatırladaq ki, U-23 Liqa mərhələsində keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı (Česko, Czechia) 4:2, Slovakiyanı (Slovensko, Slovakia) isə 3:2 hesabı ilə üstələyib. Rumıniya ilə heç-heçə (3:3) edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər