Xorvatiyada 23 yaşlılar arasında keçirilən minifutbol üzrə dünya çempionatında finalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın U-23 millisi finala vəsiqə qazana bilməyib.
İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya (România, Romania) millisi ilə yarımfinal qarşılaşmasında məğlub olub.
Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, millimiz 3-cü yer uğrunda oynayacaq. Rəqib digər yarımfinal matçında Serbiyaya (Srbija, Serbia) 0:5 uduzan Macarıstan (Magyarország, Hungary) olacaq. "Bürünc" uğrunda oyun sabah saat 18:00-da baş tutacaq.
Dünya çempionu adı uğrunda isə Serbiya ilə Rumıniya mübarizə aparacaq.
Minifutbol (U-23) üzrə dünya çempionatı
Yarımfinal
16 oktyabr
Azərbaycan (U-23) - Rumıniya (U-23) 0:2
Xorvatiya. Mali-Loşin.
Xatırladaq ki, U-23 Liqa mərhələsində keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı (Česko, Czechia) 4:2, Slovakiyanı (Slovensko, Slovakia) isə 3:2 hesabı ilə üstələyib. Rumıniya ilə heç-heçə (3:3) edib.