Balayev yenə debüt edə bilmədi

Balayev yenə debüt edə bilmədi

Qazaxıstanda legioner həyatı yaşayan Azərbaycan millisinin qapıçısı Emil Balayevin komandası "Turan" bu gün çempionat oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Türküstan təmsilçisi VI turun oyunları çərçivəsində Almatıda "Kayrat"ın qonağı olub. 

Matç "Turan" 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Balayev bu tur da yeni komandasında debüt edə bilməyib. Onun adı iştirak ərizəsinə də salınmayıb.

Qeyd edək ki, bu qələbə ilə xal sayını 6-ya çatdıran "Turan" turnir cədvəlinin sonuncu - 11-ci pilləsinə yüksəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər