Balayev debüt edəcəkmi? - Oyundan əvvəl fotosessiya 

Balayev debüt edəcəkmi? - Oyundan əvvəl fotosessiya 

Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi, Vaqif Cavadovun isə məşqçisi olduğu Qazaxıstan "Turan"ı bu gün növbəti oyununa çıxacaq.  

Fanat.Az xəbər verir ki, Türküstan təmsilçisi 4-cü tur çərçivəsində "Tobol"un qonağı olacaq. 

Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Bir müddət əvvəl zədəsini sağaltmaq üçün Bakıya dönən Balayev artıq komandasının düşərgəsinə qayıdıb. O, dünən klub tərəfindən edilən studiya çəkilişlərində iştirak edib. Emilin bugünkü görüşdə iştirakı gözlənilir.

 

Balayev debüt edəcəkmi? - Oyundan əvvəl fotosessiya  Qeyd edək ki, Emil Balayev 2019/2020 mövsümündə məhz "Tobol"da çıxış edib və uğurlu mövsüm keçirib. Kostanaylılar cari mövsümdə 3 oyundan 7 xal toplayaraq liderlər mövqeyindədir. "Turan" isə 2 oyun keçirib və hesabında 1 xal var. Emil Balayev yeni komandasına hələ debüt etməyib.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər