Balayev baxdı, komandası...

Balayev baxdı, komandası...

Qazaxıstanda legioner həyatı yaşayan Azərbaycan millisinin qapıçısı Emil Balayevin komandası "Turan" bu gün çempionat oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Türküstan təmsilçisi VIII tur çərçivəsində evdə "Atırau"nu qonaq edib. 

Matç 0:0 hesablı heç-heçəylə yekunlaşıb. 

Balayev bu tur da yeni komandasında debüt edə bilməyib. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, bu heç-heçə sayəsində xallarını 7-yə çatdıran "Turan" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər