Balabəydən Kəramət açıqlaması: "Zaman göstərəcək"

Balabəydən Kəramət açıqlaması: "Zaman göstərəcək"

Azərbaycan cüdo millisinin 60 kiloqram çəki dərəcəsindəki üzvü Balabəy Ağayevin Fanat.Az-a müsahibəsi

- Balabəy, ikinci dəfə Paris "Böyük Dəbilqə"sində qızıl medal qazanmaqla "kiçik dünya çempionatı" adlanan bu nüfuzlu yarışda Azərbaycan cüdoçuları arasında bir ilkə imza atdın. Qələbə ilə bağlı təəssüratlarını öyrənək. - Ölkə himnini Fransada ikinci dəfə səsləndirmək çox qürurvericidir. Yarışa çox ciddi hazırlaşmışdıq. Üzərimdə haqqı olan bütün müəllimlərə təşəkkürümü bildirirəm. 

- Daha öncə Bakıdakı "Böyük Dəbilqə"nin qalibi, Yerusəlimdəki "Masters"in bürünc medalçısı olmuşdun. Artıq dünya reytinqində ilk "3-lük"dəsən. Səhv etmirəmsə, 60 kq-da son dəfə belə bir göstərici artıq 66 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Səfərovda olmuşdu. Belə yüksək stabilliklə yığmanın aparıcı üzvlərindən birinə çevrildiyini demək olar. Belə yüksək ardıcıllığın sirri nədir? - Sadəcə olaraq hər yarışa ciddi yanaşıram. Mənim üçün qatıldığım bütün turnirlərdə qələbə önəmlidir.

- Üç ay sonra Qətərdə keçiriləcək dünya çempionatında iştirakın demək olar ki, dəqiqdir. Mundialla bağlı hədəfin nədir? - Mən bir dəfə gənclər arasında dünya çempionatında medal qazanmışam. Bu uğuru böyüklərdə də təkrarlamaq istəyirəm. Hədəf dünya çempionluğudur. 

- Olimpiadada hər çəkidə bir idmançının çıxış edə biləcəyini nəzərə alsaq, dünya və Avropa medalçısı Kəramət Hüseynovla aranızda böyük rəqabət olacağı gözləniləndir. Bununla bağlı nə düşünürsən? - İndi nəsə deyə bilmərəm. Bunu zaman göstərəcək. Güclü olan qazansın.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər