"Bakcell Arena"da gərginlik: Kamran Ağayev Mbodjla... - OYUNDANKƏNAR

"Bakcell Arena"da gərginlik: Kamran Ağayev Mbodjla... - OYUNDANKƏNAR

Azərbaycan Premyer Liqasının XII turunda "Neftçi" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. 

Fanat.Az matç ətrafında baş verən məqamları diqqətinizə çatdırır.

"Bakcell Arena"da gərginlik: Kamran Ağayev Mbodjla... - OYUNDANKƏNAR

Oyun "Qadınlara qarşı zorakılığa son" şüarı ilə start götürdü. Stadionda olan xanımlar alqışlandı. 

"Neftçi" azarkeşlərindən biri komandasının narıncı formada olduğuna təəccüblənərək "Səhv gəlmişik, burda "Qalatasaray" və "Napoli" oynayır", - deyə zarafat etdi. 

Oyunu izləyənlər arasında BMT-nin və Fransa səfirliyinin rəsmiləri də var idi. 

"Bakcell Arena"da gərginlik: Kamran Ağayev Mbodjla... - OYUNDANKƏNAR

"Səbail" klubunun "49" fanat dəstəsi bu dəfə də öz maraqlı performansı ilə diqqətləri öz üzərinə çəkdi. Onların nümayiş etdirdiyi pankartlar fotolarda:

"Bakcell Arena"da gərginlik: Kamran Ağayev Mbodjla... - OYUNDANKƏNAR"Bakcell Arena"da gərginlik: Kamran Ağayev Mbodjla... - OYUNDANKƏNAR"Bakcell Arena"da gərginlik: Kamran Ağayev Mbodjla... - OYUNDANKƏNAR"Bakcell Arena"da gərginlik: Kamran Ağayev Mbodjla... - OYUNDANKƏNAR

Oyunun 85-ci dəqiqəsində məğlub durumda olan "Səbail"in qapıçısı Kamran Ağayevin topu oyuna gec daxil etməsi komanda yoldaşları Əfran İsmayılov və Cabir Əmirlinin qəzəbinə səbəb oldu.

"Bakcell Arena"da gərginlik: Kamran Ağayev Mbodjla... - OYUNDANKƏNAR

Görüş bitən kimi Kamran Ağayev oyun zamanı onu zədələyən Mamadu Mbodjla münasibətlərinə aydınlıq gətirmək üçün paltardəyişmə otağına şığıdı. Mətbuat konfransı zamanı məlum oldu ki, komanda yoldaşları münaqişə yaranmasına mane olub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər