Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

Fanat.Az millinin heyətini nəzərinizə çatdırır:

1. Aydın Bayramov - Zirə 2 Rəvan Mirzəmmədov - Sabah 3 Emil Balayev - Neftçi 4 Bədavi Hüseynov - Qarabağ 5 Murad Xaçayev - Neftçi 6 Cəlal Hüseynov - Petrolul (Rumıniya) 7 Anton Krivotsyuk - Daejeon Hana (Cənubi Koreya) 8 Rahil Məmmədov - Turan Tovuz 9 Elvin Bədəlov - Neftçi 10 Rəhman Daşdəmirov - Sabah 11 Toral Bayramov - Bursaspor (Türkiyə) 12 Tellur Mütəllimov - Sabah 13 Rüfət Abbasov - Neftçi 14 Ceyhun Nuriyev - Araz-Naxçıvan 15 Edqar Adilxanov - Şamaxı 16 Emin Mahmudov - Neftçi 17 Fərid Yusifli - Şəfa 18 Rəhim Sadıxov  - Turan Tovuz 19 Rüfət Abdullazadə - Kiryat Shmona (İsrail) 20 Emil Səfərov - Neftçi 21 Abdulla Xaybulayev - Sabah 22 Aleksey İsayev - Sabah 23 Oruc Məmmədov - Şamaxı 24 Ayxan Hüseynov - Zirə 25 Anatoli Nuriyev - Kisvarda (Macarıstan) 26 Mustafa Əhmədzadə - Araz-Naxçıvan 27 Vüsal İsgəndərli - Malisheva (Kosovo) 28 Musa Qurbanlı - Qarabağ 29 Mahir Emreli - Rakuv (Polşa) 30 Renat Dadaşov - Bukovyna (Ukrayna)   Qeyd edək ki, Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də saat 17:00-da “Darius and Girėnas” stadionunda Litva, oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də saat 17:00-da 8-ci km stadionunda Litva yığması ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər