Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.
Milli komanda mayın 27-də toplaşaraq Ərzincana yollanacaq və oyun gününə kimi hazırlığı orada keçəcək. Komandalar arasında matçlar mayın 31-də Ərzincanda, iyunun 4-də isə Bakıda baş tutacaq.
1. Aytac Şərifova - Trabzonspor (Türkiyə) 2. Nərgiz Əliyeva - KDZ Eregli Spor (Türkiyə) 3. Günay İsmayılova - Neftçi 4. Nigar Mirzəliyeva - Zenit (Rusiya) 5. Nərgiz Hacıyeva - Aktobe (Qazaxıstan) 6. Manə Mollayeva - Neftçi 7. Ayşən Əhmədova - PAOK (Yunanıstan) 8. Alina Dorofeyeva - Yenisey (Rusiya) 9. Diana Məmmədova - Yenisey (Rusiya) 10. Fidan Cəfərova - Baku Juniors 11. Aysun Əliyeva - Neftçi 12. Kamilla Məmmədova - Okjetpes (Qazaxıstan) 13. Firəngiz Teymurova - Neftçi 14. Jalə Məhsimova - Bəylərbəyi Spor (Türkiyə) 15. Yeliz Acar - Fatih Vətən (Türkiyə) 16. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə) 17. Esra Manya - Beşiktaş (Türkiyə) 18. Kristina Bakarandze - Qalatasaray (Türkiyə) 19. Coşqunə Əliyeva - Neftçi 20. Sevinc Cəfərzadə - Eastern Flames (Səudiyyə Ərəbistan) 21. Milana Rəhimova - Neftçi 22. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə) 23. Vüsalə Seyfəddinova - Olimpiada İmittou (Yunanıstan)