15 yaşadək (U-15) futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 27-dən oktyabrın 5-dək Belarusun paytaxtı Minskdə UEFA İnkişaf Turnirində iştrak edəcək.
Fanat.Az xəbər verir ki, milli yarışa hazırlıq məqsədi ilə sentyabrın 25-26-da Bakıda təlim-məşq toplanışı keçəcək.
U-15 Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Belarus, Rusiya və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Millimizə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini diqqətinizə çatdırırıq:
1. Bilal Hacıyev - Qarabağ 2. Murad Quluzadə - Sabah 3. Uğur Qurbanlı - Qarabağ 4. Vaqif Nəbiyev - Qarabağ 5. Ömər Fətəliyev - Qarabağ 6. Roman Fərzəli - Qarabağ 7. Əbubəkir Abdullayev - Sabah 8. Vaqif Məmmədli - Sabah 9. Cəfər Cəfərzadə - Sabah 10. Nihad Hüseynzadə - Sabah 11. Nazim Əliyev - Srvena Zvezda, Serbiya 12. Rəşad Şirməmmədli - Neftçi 13. Firdovsi Şeydayev - Sabah 14. Əli Bəşirov - Qarabağ 15. Xəzər Hüseynzadə - Sabah 16. Cavidan Əlizadə - Qarabağ 17. Tunar Əsgərzadə - Sumqayıt 18. Daniil Rəcəbov - Qarabağ 19. Rəvan Məmmədov - Sabah 20. Ömər Kosayev - Sumqayıt 21. Oqtay Mehrəliyev - Qarabağ 22. Hüseyn Mehralızadə - Sumqayıt 23. Arda Əzizli - Qarabağ
Millinin oyunlarının təqvimi belədir:
29 sentyabr
19:00. Belarus – Azərbaycan
1 oktyabr
16:00. Azərbaycan – Rusiya
4 oktyabr
17:00. Azərbaycan – Qazaxıstan