Azərbaycan millisi Niderlandla qarşılaşır

Azərbaycan millisi Niderlandla qarşılaşır

18 yaşadək qızlardan ibarət Azərbaycan basketbol millisi qadınlar arasında keçirilən Avropa çempionatında (FIBA U-18) növbəti oyununa çıxır. 

Fanat.Az xəbər verir ki, komandamız B divizionunda qrup mərhələsinin üçüncü oyununda Niderland millisi ilə qarşılaşacaq.

Rumıniyanın Tulça şəhərində keçiriləcək oyun saat 14:30-da başlayacaq.

Azərbaycan seçməsi bundan əvvəl Portuqaliya ilə görüşdə 52:90 hesabı ilə məğlub olub. Komandamız birinci hissədə rəqibini 22:21 hesabı ilə üstələsə də, növbəti hissələri 12:20, 11:27 və 7:22 hesabları ilə başa vurub.

U-18 qrup mərhələsinin ilk oyununda isə Rumıniyaya 55:81 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər