Bu gün Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa, 1-ci Liqa və 2-ci Liqadan ümumilikdə 34 komandanın mübarizə aparacağı kubokda komandalar rəqiblərini tanıyıblar.
1-ci təsnifat mərhələsi
"Marafon" - "Dİnamo" "Qaradağ Lökbatan" - "Şəki" "Şirvan" - "Kür-Araz" "Ağdaş" - "Haypers" "Şəmkir" - "Ağstafa Gəncləri" "Difai" - "Zəngəzur"
2-ci təsnifat mərhələsi
"Şimal" - "Araz-Naxçıvan" "Marafon"/"Dİnamo" cütünün qalibi - "Zaqatala" "Qaradağ Lökbatan"/"Şəki" cütünün qalibi - "İmişli" "Şirvan"/"Kür-Araz" cütünün qalibi - "Sumqayıt" "Qəbələ" - "Mingəçevir" MOİK - "Şahdağ Qusar" "Xankəndi" - "Gəncəbasar" "Ağdaş"/"Haypers" cütünün qalibi - "Şamaxı" "Şəfa" - "Şəmkir"/"Ağstafa Gəncləri" cütünün qalibi "Difai"/"Zəngəzur" cütünün qalibi - "Karvan-Yevlax" "Səbail" - "Zirə" "Kəpəz" - "Baku Sportinq"
"Sabah", "Qarabağ", "Neftçi" və "Turan Tovuz" mübarizəyə 1/8 finalda qoşulacaqlar.