Ayaz Quliyev millimizdə oynaya bilər - Özü açıqladı

Ayaz Quliyev millimizdə oynaya bilər - Özü açıqladı

Rusiyanın “Ximki” klubunda çıxış edən Ayaz Quliyev Azərbaycan yığmasında oynaya bilər.

Fanat.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Sport24.ru” saytına müsahibəsində AFFA ilə əlaqədə olduğunu deyib. 

Bununla belə, o, assosiasiya rəsmilərinin konkret təklif irəli sürməməsindən gileylənib:

“AFFA ilə daimi əlaqə saxlayıram, lakin hələ yekun təklif olmayıb. Hər şey konkret olmalıdır. Oturmaq, danışmaq və ortaq məxrəcə gəlmək lazımdır. Belə çıxır ki, məni istəyirlər, amma ortada heç nə yoxdur. Konkret danışıqlardan sonra Azərbaycan millisində oynamaq istəyib-istəmədiyimi biləcəm. İndi isə nəsə söyləmək olmur. Tələsik qərar vermək istəmirəm".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər