Avropa Oyunları: Nəsirova finala yüksələ bilmədi

Avropa Oyunları: Nəsirova finala yüksələ bilmədi

Azərbaycanın güllə atıcısı Nigar Nəsirova Polşada təşkil olunan III Avropa Oyunlarında növbətini çıxışını edib.

Fanat.Az xəbər verir ki, idmançı 25 metr məsafəyə atəş açmada təsnifat mərhələsini 568 xalla başa vurub.

35 iştirakçı arasında 25-ci yeri tutan Nəsirova finala yüksələ bilməyib.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər