Argentina yenə qələbə qazana bilmədi - VİDEO

Argentina yenə qələbə qazana bilmədi - VİDEO
"Copa Amerika"da II turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, ilk turda məğlub olan Argentina yenə qələbə qazana bilməyib. Paraqvayla qarşılaşan Lionel Messinin komandası meydanı bir xalla tərk edib - 1:1. Hesabı 37-ci dəqiqədə Riçard Sançes açıb. 57-ci dəqiqədə Lionel Messi penaltidən bərabərliyi təmin edib. 62-ci dəqiqədə Paraqvaydan Derlis Qonzales penaltidən yararlana bilməyib.
Qrupun digər oyununda Kolumbiya Qətərə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qola 86-cı dəqiqədə Duvan Zapata imza atıb.
Qeyd edək ki, B qrupuna iki turdan sonra 6 xalla Kolumbiya başçılıq edir. Paqaqvayın 2, Qətər və Argentinanın bir xalı var.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər