Çalhanoğlundan italyanlara sərt cavab: “Biz belə bir ölkəyik”

Çalhanoğlundan italyanlara sərt cavab: “Biz belə bir ölkəyik”
"AVRO-2020"nin seçmə mərhələsinin Fransa - Türkiyə oyununda (1:1) meydana ikinci hissədə daxil olan Hakan Çalhanoğlu matçda əsgər salamı vermələrilə bağlı açıqlama verib. 
Fanat.Az xəbər verir ki, futbolçu oyundan sonra İtaliya mətbuatının suallarına əsəbiləşərək bunları deyib:
"İtalyanlar bizim oyundakı hərəkətimizi dərhal siyasətə bağladılar. Siyasət ayrı, futbol ayrı. Bizim ölkəmiz belədir. Heç vaxt təslim olmaz, həmişə dik dayanar. Biz bir-birimizə həmişə dayaq olur, kömək edirik. Biz belə bir ölkəyik. Fransa oyununda da komanda olaraq çox yaxşı mübarizə apardıq”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər